Aprelin 5-dən 12-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl-Eyn şəhərində 15 yaşadək yeniyetmələr arasında keçirilən beynəlxalq şahmat turniri başa çatıb. Turnirdə 20-dək ölkədən 100 zəka sahibi öz qüvəsini sınayıb. Ölkəmizi Abdulla Qədimbəyli, Vüqar Əsədli, İsmayıl İsmayılzadə, Asim İmanov və Akif Axundov təmsil ediblər.
Metbuat.az-ın xəbərinə görə, 9 oyundan 8 xal toplayan həmyerlilərimiz - Abdulla Qədimbəyli və Vüqar Əsədli 1-2-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Abdulla Qədimbəyli turnirin qalibi adını qazanıb, Vüqar Əsədli isə turnirin gümüş mükafatçısı olub. Çempion adını qazanan Abdulla Qədimbəylinin 13 yaşı var.