ATP-nin reytinq cədvəlinə əsasən, dünyanın ən güclü 4-cü kişi tennisçisi olan Key Nişikori "Lixil" şirkəti ilə əməkdaşlığa başlayıb.

Sözügedən yapon şirkəti ev üçün tikinti materiallarının və avadanlıqların istehsalı ilə məşğul olur. Metbuat.az-ın xəbərinə görə, Nişikori aprel ayının sonunda Barselonada keçiriləcək turnirdən etibarən idman geyimlərinin qol hissəsində "Lixil"in loqosunu daşıyacaq. Əməkdaşlığın başlanğıcı şərəfinə təşkil olunan mərasimə qatılan Nişikoriyə şirkət tərəfindən qızıl tualet maketi hədiyyə olunub.

Nişikori mətbuat nümayəndələrinə açıqlamasında bunları deyib:

"Həyatım boyunca qızıl tualet görməmişdim. Bu, uğura layiq bir şeydir".