Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Superliqada çıxış edən klubların kapitanları ilə görüşüb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, görüş "Fənərbağça"nın üzvlərini daşıyan avtobusun silahlı basqına məruz qalması ilə əlaqədar keçirilib.
Görüş zamanı Ərdoğan baş verən hadisə ilə bağlı kapitanların fikirlərini dinləyib.
Toplantıda gənclər və idman naziri Akif Cağatay Kılıç, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən, Türkiyə millisinin baş məşqçisi Fatih Terim və digər rəsmi şəxslər iştirak ediblər.
Dünən yerli vaxtla saat 18:00-da başlayacağı açıqlanan toplantı prezidentin başqa bir proqrama qatılması ilə əlaqədar olaraq 1 saat gecikib. İclas bir saat yarım davam edib.
Qeyd edək ki, gələcəkdə də bu cür toplantıların keçiriləcəyi gözlənilir.
Milli.Az
Qeyd edək ki, gələcəkdə də bu cür toplantıların keçiriləcəyi gözlənilir.
Milli.Az