“Azəryol” qızıl, “Azərreyl” gümüş, “Telekom” bürünc medallarına qovuşub. Ardınca kişilərin yarışında çempion olan “Neftçi”, 2-ci olan “Binəqədi” və 3-cülüyü qazanan Ali Hərbi Məktəbin komandası fəxri kürsüyə çıxıb.
Ən sonda isə Super Liqa təmsilçiləri meydana dəvət olunub. “Rabitə” qızıl, “Lokomotiv” gümüş, “Azəryol” bürünc medallarla mükafatlandırılıb.
Ardıcıl 8-ci dəfə çempion tituluna yiyələnən “Rabitə” mükafatlandırma mərasimində gözlənilməz addımı ilə diqqət çəkib. Komandanın bütün voleybolçuların medallarını almağa üzərində “8” əks olunan formalarla çıxıb.
Milli.Az











