“Real”ın yarımmüdafiəçisi Qaret Beyl zədəsini sağaldıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, La Liqanın XXXI turu çərçivəsində “Eybar”la (3:0) görüşü buraxan uelsli futbolçu komandaya qoşulub.
Beyl artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir. Həkimlər onun Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Atletiko” ilə matça yetişəcəyini güman edirlər.
Qeyd edək ki, “Atletiko” - “Real” oyunu sabah keçiriləcək.