Deyəsən, "Mançester Yunayted"lə görüşdə qeydə alınan 2:4 hesablı məğlubiyyət Manuel Pelleqriniyə baha başa gələcək.
Metbuat.az-ın xəbərinə görə, yaxın günlərdə çilili mütəxəssisin istefaya göndəriləcəyi gözlənilir. Klub rəhbərliyi Pelleqrinini Patrik Vieyra ilə əvəzləmək istəyir. Qeyd edək ki, sabiq ulduz futbolçu 2011-ci ildən bəri "şəhərlilər"in gənclərdən ibarət komandasını çalışdırır.
Hazırda "Mançester Siti" Premyer Liqada turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.