Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyons Noulsun anası, 61 yaşlı Tina Nouls yenidən ərə gedib.
 
Tina Noulsla 67 yaşlı aktyor Riçard Lousonun toyu ABŞ-ın Kaliforniya ştatındakı Nyuport-Biç şəhərinin sahilində, superlüks yaxtada olub.
Toyda Beyons, onun əri Cey-Zi və bacısı Solanj da iştirak ediblər.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Tina Nouls ikinci dəfə ərə gelib. Onun ilk əri Metyu Nouls idi. Metyu ilə 2011-ci ilədək nikahda olan Tina bu izdivacda Beyons və Solanjı dünyaya gətirib.
 
63 yaşlı Metyu Nouls 2013-cü ildə Texas ştatındakı Hyuston şəhərində sabiq model Hena Mişel Eyveri ilə evlənib.
 
Milli.Az