Polşa prezidenti Bronislav Komorovski yol-nəqliyyat qəzasına düşüb. Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, prezident seçki kampaniyası çərçivəsində tramvayda gəzərkən hadisə baş verib. Konstantinuv-Ludskiy xətti ilə hərəkət edən tramvay relsdən çıxıb.
Hadisənin fotoları sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb. Hadisənin baş vermə səbəbi hələ ki, bilinmir.