Bakı, 13 aprel, Nihat Budaqov, AZƏRTAC
2007-ci ildən cari il aprelin 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 199 milyon dollar gəlir əldə edib.
Bu barədə məlumatı AZƏRTAC-ın sorğusuna cavab olaraq ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Bildirilib ki, bu ilin ötən üç ayında Fonda “Şahdəniz” yatağının işlənməsindən 79,5 milyon dollar vəsait daxil olub.