Azərbaycanda daha bir bank istehlak kreditləşməsini dayandırıb
"Report"un Banka istinadən verdiyi xəbərə görə, həmin kredit də müştərilərə ancaq dollarla təqdim olunur. Bildirək ki, bu kredit ancaq təqaüdçülərə təqdim edilir. Maksimal 15 min manat ekvivalentində olan bu kredit maksimum 4 il müddətinə, illik 28%-lə verilir.
Bankdan verilən məlumata əsasən, dolların bahlaşması səbəbindən istehlak kreditləşməsi hissə-hissə, ilk əvvəl avtokreditlər, daha sonra iş yerindən təqdim edilən arayışla verilən kreditlər dayandırılıb. Kreditləşmənin gələcək taleyi məlum deyil.
Qeyd edək ki, hazırda ölkədə "ASB Bank", "Bank BTB" və "Dekabank" həm manat, həm də dollarla kredit verilişini dayandırıb. Bankların əksəriyyəti manatla kreditləşməni dayandırsa da, dollarla kredit verilişi davam etdirilir. Hətta "Bank of Baku" ASC dollarla krediti də ancaq daşınmaz əmlakın girovu əsasında həyata keçirir.
"Expressbank", "Bank VTB Azerbaijan", "Bank Avrasiya", "Kapital Bank", "YapıKredi Bank Azərbaycan", Azərbaycan Beynəlxalq Bankı, "PAŞA Bank"və "Günaybank" (ancaq biznes kreditləri) manatla kredit verilişini davam etdirənlər siyahısındadır. "Atabank" isə manatla kredit verilişini ancaq manatda əmanəti olan müştərilərinə təklif edir.
Xatırladaq ki, "Kredobank" isə kreditləşməni ilin əvvəlindən dayandırıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47