Bakı, 13 aprel, Ülviyyə Məmmədli, AZƏRTAC
Aprelin 13-də ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycanın Xarici İşlər Nazirliyi informasiya əsrində milli təhlükəsizliyin təmin olunmasına dair konfrans təşkil edib.
İki günlük konfransin məqsədi kibertəhlükəsizliklə bağlı qanunvericiliyə, fəaliyyət strategiyasina, beynəlxalq əməkdaşlığa və kibermekanda təhlükəsizliyin təmini ucun ümumi potensialin inkişaf etdirilməsinə diqqət ayırmaq, dövlət qurumlarını, eləcə də qeyri- kommersiya təşkilatlarını kibertəhlükəsizlik sahəsində mövcud yeniliklər barədə maarifləndirməkdən ibarətdir.