Azərbaycan Milli Kitabxanası öz elektron fondunu genişləndirir
Bu istiqamətdə AMK zəngin axtarış imkanlarına malik, dünyanın və Rusiyanın aparıcı “elibrary.ru” elektron elmi kitabxanasının rusdilli informasiya ehtiyatlarına abunə olub. “elibrary.ru” platformasında Rusiyanın universal xarakterli (müxtəlif elm sahələrinə dair) elmi jurnallarının elektron versiyalarının tam mətnlərindən oxucuların istifadəsi məqsədi ilə Oxuculara xidmət şöbəsinin elmi zallarında – “Dövri mətbuat”, “Humanitar”, “Dəqiq və texniki elmlər” zallarında, “Lokal şəbəkədən istifadə” üzrə oxu zalında olan kompüterlərə yüklənərək oxucuların istifadəsinə verilib.
Bundan başqa, Milli Kitabxananın Elektron informasiya xidməti və KAA (kitabxanalararası abonement) şöbəsi oxuculara təqdim etdiyi virtual xidmət vasitəsilə rayon və şəhər mərkəzləşdirilmiş kitabxana sistemlərinin (MKS) fondunda olmayan ayrı-ayrı kitablardan (bədii ədəbiyyat istisna olmaqla) müəyyən hissənin, fəslin, dövri və ardı davam edən nəşrlərdə, elmi əsərlərdə, məcmuələrdə dərc olunmuş məqalələrin elektron versiyasının yerlərə çatdırılmasını həyata keçirir.
AMK-dan bildirilib ki, sifarişlər üçün “orders@anl.az” elektron ünvanına müraciət edilməlidir, eyni zamanda xidmət ödənişsizdir:
“Saytımızda oxuculara məsafədən sifariş (virtual) xidməti təklif edilir. Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan internet vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər. Həmçinin Milli Kitabxananın 2-ci mərtəbəsində (oxu zalının nəzdində) acılan Elektron İnformasiya xidməti və KAA şöbəsində virtual sifariş, elektron kitabxana, elektron kataloq, internet xidmətindən istifadə edə bilərsiniz. Milli Kitabxanada olmayan kitabların, dissertasiyaların Rusiya Dövlət Kitabxanasından elektron variantını da sifariş vermək mümkündür. Bu sifariş pulludur”.
AMK-da, eyni zamanda qanunvericilik üzrə onlayn məlumat bazası da yaradılıb:
“Milli Kitabxananın Humanitar elmlər zalında (III mərtəbə) Azərbaycan və rus dillərində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə onlayn məlumat bazası təqdim olunur.
Bu bazanı “www.qanun.info” – (Azərbaycan dilində) və “www.consulting.minimax.az ” – (rus dilində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar”.
Həqiqət İSABALAYEVA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47