Almaniyanın paytaxtı Berlində yaşayan, 13 övladı və 7 nəvəsi olan 65 yaşlı Anneqret R. dörd uşağa hamilədir.
 
Milli.Az Die Welt-ə istinadən bildirir ki, ibtidai məktəbdə müəllim işləyən Anneqret R. indiyədək bir neçə dəfə süni mayalanma yolu ilə hamilə qalıb.
Bətnindəki övladlarını dünyaya gətirəndən sonra 17 uşaq anası olacaq Anneqretin adı bu minvalla "Dünyada dördəm doğmuş ən yaşlı qadın" kimi Ginnesin Rekordlar Kitabına düşəcək.
 
Hamiləliyin 21-ci həftəsində olan Anneqret R.-in durumu normaldır.
 
"55 yaşım olanda sonbeşiyim Leylanı doğdum. O da kiçik qardaş istəyir. Süni mayalanma yolu ilə hamilə qaldım. 8 ay əvvəl keçirilmiş bu əməliyyat uğurlu alındı. Lakin hamilə qalandan sonra ilk ultrasəs müayinəsi zamanı bətnimdə dördəm olduğu deyiləndə şoka düşmüşdüüm. Nə etmək olar, Tanrı belə istəyir. Doğuşdan sonra sağlam və qıvraq qalacağıma ümid edirəm", - Anneqret R. söyləyib.
 
Anneqret R.in 13 övladı 5 müxtəlif atadandır və qadın bu kişilərin hamısı ilə ayrılıb.
 
Anneqretin böyük qızının 44 yaşı var.

Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin