Vatikanın Ankaradakı səfiri Antonio Lucibello Türkiyə Xarici İşlər Nazirliyinə cağrılıb.

Anspress xəbər verir ki, Antonio Lucibellodan Roma papasının qondarma erməni soyqırımı barədə dediyi fikirlərinə görə izahat istənilib.

Bu gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək  “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb.

Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və erməni din adamları da iştirak ediblər.

Milli.Az