[ 12 Aprel 2015 17:08 ]
Bakı – APA. Aprelin 12-də Rusiya Federasiyasının Xakasiya Respublikasında irimiqyaslı yanğın baş verib.
APA-nın məlumatına görə, yanğın bir neçə yaşayış məntəqəsini əhatə edib.
Hadisə nəticəsində 21 yaşayış məntəqəsində 118 evin yandığı, 58 nəfərin zərər çəkdiyi, Şirinsk və Ust-Abakan rayonlarında isə 4 nəfərin yanğının qurbanı olduğu bildirilir.
Rusiya FHN-in Sibir Regional Mərkəzindən 4 rayonda yanğını lokallaşdırmağın mümkün olduğu barədə məlumat verilib.
Bununla belə, alovun Abakan ətrafındakı baş evlərinə tərəf irəlilədiyi gələn xəbərlər arasındadır.
Yanğınla əlaqədar regionda fövqəladə vəziyyət elan edilib.
İlkin ehtimala görə, yanğına biçilmiş əkin sahəsinin yandırılması zamanı alovun nəzarətsiz qoyulması, quru hava və güclü külək səbəb olub.