Virtualaz.org saytı xəbər verir ki, bu kadrları sammiti izləyən CNN reportyorları qeydə ala biliblər.
Kadrlardan görünür ki, Nikolas Maduronun oxşarı və yanında Venesuelanın birinci xanımı Siliya Flores “Şeraton” otelindən çıxaraq sammitin keçirildiyi saraya yollanır. Əsl Maduro isə onun ardınca oteldən xəlvəti çıxaraq Venesuela nümayəndə heyətinin avtomobillərindən birinə əyləşərək sammitə yollanır.
Videodan belə anlaşılır ki, Maduro jurnalistlərlə ünsiyyətdən qaçmaq üçün oxşarından istifadə edib.
33 dövlətin iştirak etdiyi Amerika Sammitində Panama hakimiyyəti fövqəladə təhlükəsizlik tədbirləri görüb. Venesuela prezidenti dəfələrlə bəyan edib ki, ABŞ və digər imperialist qüvvələr onu devirməyə, öldürməyə çalışır, ölkəsinə qarşı qəsd hazırlayır.
Milli.Az