Dünyanın ən istedadlı proqramçıları hansı şəhərdə yaşayırlar? İT dünyasını izləyən insanların əksəriyyəti bu, əlbəttə ki, Silikon Vadisidir deyə cavab verəcək. Business Insider (BI) nəşri tərəfindən keçirilmiş tədqiqat bu fikri təkzib edir.
 
Business Insider portalının keçirdiyi tədqiqatın məqsədi istedadlı proqramçıların hansı şəhərdə yaşamağa üstünlük verməsini araşdırmaq olub. BI nəşrində işləyən jurnalistlərin nəticəsinə əsasən, Silikon Vadisi istedadlı proqramçıların ən çox üstünlük verdiyi məkan deyil.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, proqramçılar arasında biliklərin paylaşımı üçün ən populyar platforma olan Stack Overflow saytının məlumatları tədqiqat üçün baza rolunda çıxış edib.
 
Məlum olub ki, London yüksəksəviyyəli proqramçılar arasında ən populyar daimi yaşayış yeridir. Böyük Britaniyanın paytaxtında yüksək reytinqə malik 394 proqramçı yaşayır. İkinci pillədə Nyu-York qərarlaşıb.
 
Milli.Az