Bu gün Bakıda UEFA-nın İnkişaf turnirinə start verilib.

Qol.az-ın məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət komandaların iştirak edəcəyi yarışda 4 yığma mübarizə aparacaq.

Azərbaycan millisi bu gün ilk matçına çıxıb. Yığmamız ilk turda Qazaxıstanla üz-üzə gəlib. Oyun yığmamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.

Digər oyunda isə Yunanıstan və Gürcüstan yığmaları münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə Gürcüstan qələbə qazanıb - 2:0.

11 aprel

14:00. Yunanıstan – Gürcüstan - 0:2

Bakı. “Dalğa Arena”

16:00. Azərbaycan – Qazaxıstan - 4:0

Bakı. Bayıl stadionu

Milli.Az