Bakının Nərimanov rayonu ərazisində, "Yaşıl bazar"ın yanında baş verən yanğıın söndürülüb.

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın bazarın yanında yerləşən köhnə klubda qeydə alınıb.

Əvvəllər kinoteatr kimi fəaliyyət göstərən klub indi boş imiş. Orada taxtalar saxlanılırmış.

Sakinlər ehtimal edir ki, guya klubu bilərəkdən yandırıblar.

Lakin rəsmilər hadisənin səbəblərinin araşdırmalardan sonra məlum olacağını bildiriblər. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildiriblər ki, ilkin ehtimala görə yanğın elektrik qısaqapanmasından baş verib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS