“İstərdim Kim Kardaşyan getsin nəyi yaxşı bacarır, onunla məşğul olsun”.

ANS PRESS-in məlumatına görə, bu sözləri erməni politoloq Styopa Safaryan pornoulduz Kim Kardaşyanın uydurma erməni soyqırımı barədə film çəkmək niyyətini şərh edərkən bildirib.

“Mən deməzdim ki, kino sənaye onun yeridir və özünü olduğu kimi orada nümayiş etdirəcək. Kim realiti-şou ustasıdır, amma mən istəməzdim o, sənədli və ya sənədli film çəksin”,- deyə Safaryan vurğulayıb.

Eyni fikri siyasət və seçki texnologiyaları üzrə ekspert Armen Badalyan da Kim Kardaşyanın film çəkməsinin əleyhinə çıxıb: “Məgər erməni “soyqırım”ının bu cür PR-a ehtiyacı var”,- deyə Armen Badalyan vurğulayıb.

Əslində, erməni politoloqlar Kim Kardaşyanın porno sənaye ilə bağlı keçmişindən ehtiyat edirlər. 2005-ci ildə indiki tərəfdaşı Rey Ceyin bacısı Brendinin stilisti işləyən Kim Kardaşyan məhz Reylə çəkdirdiyi pornoçarxın hesabına məşhurlaşıb. Rey Cey 2012-ci ildə çap etdirdiyi “Death of the Cheating Man” kitabında Kim Kardaşyanla intim münasibətlərindən bəhs edib. Kitabda vurğulanıb ki, həmin vaxt Deymon Tomasın arvadı olmuş Kim məhz bu münasibətlərin başlanması üçün ilk addımı atıb.

Göründüyü kimi, Kim Kardaşyan Qərbin puritan dairələri, eləcə də Qafqaz üçün heç də örnək ola biləcək bir şəxs deyil və bu erməni politoqlarını ciddi narahat edir.
Mənbə
ANS PRESS