Bakı, 11 aprel, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi magistratura səviyyəsinin ikinci mərhələsinə qəbul olunmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üzrə ixtisaslaşma seçimi və ixtisaslaşmalar üzrə qəbul proqramları müəyyənləşdirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, bakalavrlar AMEA-da magistratura səviyyəsi üzrə ilk dəfə tədris olunacaq müvafiq ixtisaslar üzrə seçim edə bilərlər.
Səhifənin qısa keçidi: http://www.science.gov.az/general_news/magistratura_cedvel.pdf
Qeyd edək ki, AMEA-da magistraturaya tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır.