Gədəbəy rayonunda faciəvi hadisə baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ildırım vurması nəticəsində bir nəfər ölüb.

Hadisə aprelin 10-da Gədəbəy rayonunun Slavyanka kəndində qeydə alınıb.

Kənd sakini Nəsibə Vəliyevanı həyətində ildırım vurub.

Hadisə nəticəsində qadın yerindəcə ölüb.
Mənbə
ANS PRESS