Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Superliqa klublarının kapitanları ilə görüşəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, görüş sabah baş tutacaq.

Görüş zamanı "Fənərbağça"nın üzvlərini daşıyan avtobusa silahlı basqınla bağlı fikir mübadiləsi aparılacaq.

Tədbirə Ərdoğanla yanaşı, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirören, millinin baş məşqçisi Fatih Terim və digər rəsmi şəxslər qatılacaqlar.

Milli.Az