Dmitri Roqozin: Azərbaycanda Rusiya istehsalı olan helikopterlər üçün servis mərkəzi yaradılması məsələsinə baxılır
Moskva, 11 aprel, AZƏRTAC
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozin Birinci Avropa Oyunlarının Moskvada keçirilmiş təqdimat mərasimində AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Hazırda Rusiya ilə Azərbaycanın münasibətləri yüksəliş dövrü keçirir. Bu, Qərb tərəfindən Rusiyaya qarşı sanksiyalar rejiminin qüvvədə olduğu indiki vaxtda xüsusilə əhəmiyyətlidir”.
Rusiya Federasiyası baş nazirinin müavini ölkələrimiz arasında münasibətlərin yüksəliş mərhələsində olduğunu vurğulayaraq deyib: “Azərbaycan rəhbərliyi ilə bizim çox yaxşı əlaqələrimiz var. Hazırda, ölkəmizə qarşı sanksiya rejimi tətbiq edilən vaxtdan azərbaycanlı istehsalçılar Rusiyanın meyvə-tərəvəz məhsulları ilə təchizatı məsələsində bizə fəal kömək edirlər. Deyə bilərəm ki, sənaye sahəsində də çox yaxşı əlaqələrimiz var. Hazırda Rusiyada istehsal edilmiş helikopterlər üçün Azərbaycanda servis mərkəzi yaradılması məsələsinə baxılır. Şelf mövzusu üzrə də çox işləyirik. Xəzər regionunun inkişaf etdirilməsi naminə gəmiqayırmada kooperasiya ideyaları var. Ümumiyyətlə deyə bilərəm ki, ölkələrimiz arasında etimad, qarşılıqlı anlaşma var, beynəlxalq siyasətin çoxsaylı məsələləri barədə mövqelərimiz üst-üstə düşür.
Azərbaycanın özünü etibarlı, ciddi müttəfiq kimi göstərdiyini vurğulayan Dmitri Roqozin sonda deyib: “Bütün bunlara görə mən Azərbaycanla çox məmnunluqla əlaqə saxlayıram, sosial-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Komissiyasının Rusiya tərəfindən həmsədriyəm. Mən özüm gözəl, görkəmli Əliyevlər ailəsi ilə çoxdan dostluq edirəm və əlbəttə, bu gün burada olmaya bilməzdim”.
RF hökuməti sədrinin müavini vurğulayıb ki, o, Rusiyada bir neçə idman federasiyasının şuralarına rəhbərlik edir. D.Roqozin deyib: “Mən həndbol, atıcılıq və sambo ilə məşğul olmuşam. Bakıda keçiriləcək Avropa Oyunlarında idmanın bu növləri üzrə bizim idmançılara azarkeşlik edəcəyəm”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47