Bakı, 11 aprel, AZƏRTAC
“Qafqaz İnkişaf Bankı” ASC fiziki şəxslər üçün yeni əmanət məhsullarını təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Klassik”, “Zəmanətli”, “Yığım” və “Tələbli” əmanət məhsulları gəlirli olması ilə başqa məhsullardan fərqlənir.
Bankın “Klassik” adlı məhsul üzrə əmanət bir illik yerləşdirdikdə 13.5 faiz, ikiillik yerləşdirilsə 14 faiz, üçillik yerləşdirilsə 16 faiz gəlir təklif edir. Əmanətin müddəti 6 aydan 36 ayadəkdir. Əmanətin vaxtından əvvəl çıxarılması mümkündür. Bu halda əmanətin Bankda qaldığı müddət 6 aya kimi (6 ay daxil) olarsa, illik 2 faiz dərəcəsi ilə faiz ödənilir, 6 aydan çox olduğu halda isə hesablanmış faizlərin 50 faizi ödənilir. “Yığım” adlı məhsul üzrə əmanət bir illik yerləşdirdikdə 11 faiz, iki illik 11,5 faiz, üç illik 12 faiz təklif edir. Əmanətin müddəti 6 aydan 60 aya qədərdir.
Yeni əmanət məhsullarının şərtləri ilə bankın rəsmi səhifəsində tanış olmaq mümkündür.
Qeyd edək ki, “Qafqaz İnkişaf Bankı” ASC əhaliyə əmanət yerləşdirilməsi üçün münasib və sərfəli şərtlər təklif edir. Bank 2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.