NHL-də növbəti görüşlər keçirilib.
Metbuat.az-ın xəbərinə görə, ilk öncə "Kolambus" "Baffalo" ilə üz-üzə gəlib. Görüş gözlənildiyi kimi, ev sahiblərinin üstünlüyü şəraitində keçib. Nəticədə "Kolambus" zəif rəqibini 4:2 hesabı ilə məğlub edib.
Gecənin ikinci və sonuncu matçında isə "Aylenders" səfərdə "Pittsburq"a qalib gəlib.
"Kolambus" - "Baffalo" - 4:2
"Pittsburq" - "Aylenders" - 1:3