Panamada Qərb yarımkürəsinin 35 ölkəsinin başçılarının iştirak etdiyi "Amerika Sammiti" öz işinə başlayıb.

ANS PRESS-in Associated Press-ə istinadən verdiyi məlumata görə, sammitə ilk dəfə Kuba da dəvət olunub. Sammitin açılışını edən BMT-nin baş katibi Ban Ki Mun bildirib ki, sammitin əsas müzakirə mövzusu Amerika Birləşmiş Ştatları ilə Kuba arasında yaxınlaşma olacaq.

ABŞ prezidenti Barak Obama ilə Kuba prezidenti Raul Kastro arasında təktəbək görüşün olacağı da gözlənilir. Bu, iki ölkə liderdəri arasında son 50 ildə ilk görüş olacaq. Artıq sammitin açılışından Obama və Kastro arasında ayaqüstü söhbət baş tutub. Liderlərin bir-biri ilə əl sıxışaraq, səmimi söhbət etmələrini əks etdirən şəkillər yayılıb. Bundan qabaq Barak Obama ilə Raul Kastro 2013-cü ilin dekabrında CAR lideri Nelson Mandelanın dəfnində ünsiyyətdə olmuşdular.

"Amerika Sammiti"ndə ABŞ-Venesuela münasibətləri də müzakirə ediləcək.

Bu sammit 1994-cü ildən bəri "Amerika Dövlətləri Təşkilatı"nın təşəbbüsü ilə keçirilir.






Mənbə
ANS PRESS