Bakıda ilk dəfə Azərbaycan-alman-türk tibb konqresi keçirilir
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Bakıdakı “Monolit Plaza” hotelində cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə birinci Azərbaycan-alman-türk konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan- Almaniya Tibb Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konqresə 500-dən çox azərbaycanlı və əcnəbi həkim qatılıb. Konqresdə ölkəmizin tibb sahəsinin aparıcı mütəxəssisləri ilə yanaşı, Almaniyanın universitet klinikalarından dəvət olunmuş 8 professor və Türkiyənin universitet klinikalarından gəlmiş 6 professor referent qismində iştirak edir.
Tədbirdə son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, tibb sahəsində də əhəmiyyətli inkişafa nail olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə səhiyyənin inkişafında Türkiyə və Almaniyanın tibb mərkəzləri ilə əlaqələrin böyük rolu var. Vurğulanıb ki, Milli Onkologiya Mərkəzi bu qəbildən tədbirlərin keçirilməsini öz prioritet məqsədlərindən biri hesab edir və bu sahədə böyük təcrübəyə malikdir.
Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel, professorlar Qurban Müslümov, Əziz Əliyev, Deniz Uyak, S.Demirbash, G.Kaehler və M.Niedergethmann çıxış edərək konqresin işinə uğurlar arzulayıblar, mütəxəssis hazırlığı baxımından bu beynəlxalq tədbirin faydalı olacağını bildiriblər.
Qeyd olunub ki, konqres çərçivəsində azərbaycanlı həkim və rezidentlər üçün laparoskopik cərrahiyyə, endoskopiya, ümumi cərrahiyyə və radiologiya və endoskopik ultrasonoqrafiya sahələrində treninqlər və ustad dərsləri keçiriləcək. Bu treninqlərdə həkimlərimiz təcrübəli alman və türk professorlarının rəhbərliyi ilə cərrahiyyə, endoskopiya və radiodiaqnostika sahəsində mövcud olan ən yeni metodlara yiyələnəcəklər.
Sonra konqres paralel olaraq bölmə iclaslarında davam etdirilib. Bölmələrdə əsasən ümumi və laparoskopik cərrahiyyə, onkologiya, qastroenterologiya, endoskopiya və radiologiya sahələrindəki ən son yeniliklərə dair məruzələr dinlənilir, müzakirələr aparılır.
Konqres işini aprelin 13-də başa çatdıracaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47