NBA-da mübarizə davam edir.

Metbuat.az-ın xəbərinə görə, ötən gecə Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında 12 qarşılaşma keçirilib. Gecənin mərkəzi matçında "San Antonio" "Hyuston"u məğlub edərək ardıcıl 10-cu qələbəsini qazanıb. Bir digər maraqla gözlənilən oyunda isə "Boston" "Klivlend"dən üstün olub. "Seltiks" qələbə sayəsində pley-offa vəsiqə qazanmaq şanslarını artırıb.

Nəticələrə nəzər salaq:

"Orlando" - "Toronto" - 99:101

"Atlanta" - "Şarlott" - 104:80

"Bruklin" - "Vaşinqton" - 117:80

"Detroyt" - "İndiana" - 103:107

"Klivlend" - "Boston" - 90:99

"Nyu-York" - "Miluoki" - 91:99

"Nyu-Orlean" - "Finiks" - 90:75

"Oklahoma" - "Sakramento" - 116:103

"Hyuston" - "San Antonio" - 103:104

"Denver" - "Dallas" - 143:144 (overtaym)

"Yuta" - "Memfis" - 88:89

"Leykers" - "Minnesota" - 106:98