Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonunda magistral su kəmərinin partlaması və nəticədə çoxmənzilli yaşayış binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolması ilə bağlı məlumat daxil olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxmaq iqtidarında olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər zirzəminin qapısını açıb və vətəndaşı xilas ediblər.
Əməliyyat saat 07:04-də başa çatıb.