[ 11 Aprel 2015 02:31 ]



Bakı-APA. "İraq Şam İslam Dövləti" qruplaşması İraqın ər- Ramadi şəhərinin bir neçə bölgəsində nəzarəti ələ keçirib.

 

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, uzun sürən döyüş nəticəsində İraq ordusunun azı 10 əsgəri həlak olub.

 

Anbar əyalətində İraq ordusuna rəhbərlik edən general Qasım Əl-Məhəmmədinin isə yaralandığı bildirilir.

 

Qeyd edək ki, ər-Ramadi şəhəri paytaxt Bağdaddan 110 km qərbdə yerləşir.