Lennoks Lyuis: Kliçko super ağır çəkiyə tam nəzarət edir
Bakı, 10 aprel, AZƏRTAC
AZƏRTAC-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, keçmiş mütləq dünya çempionu və 1988-ci ilin olimpiya çempionu, Britaniya boksçusu Lennoks Lyuis bildirib ki, hazırda super ağır çəkidə təcrübəli ukraynalı Vladimir Kliçkonun layiqli rəqibi yoxdur.
Buna görə də rusiyalı Aleksandr Povetkin üç nüfuzlu versiya üzrə Dünya çempionu titullarının sahibi ilə revanş döyüşünə can atmasına dəyməz.
L.Lyuis deyib: “Hazırda mən Kliçkoya rəqib görmürəm, o, super ağır çəkiyə tam nəzarət edir. Onunla çox oğlanlar döyüşüb, amma onların kifayət qədər təcrübəsi olmayıb və hamısı uduzub. Məsələn, hazırda onunla döyüşəcək Ceninqsin peşəkarlarla 19 döyüşü olub. Bu, yetərli deyil, Kliçko ilə döyüşmək üçün təcrübə toplamaq lazımdır”.
Hazırda 38 yaşlı Kliçko Beynəlxalq Boks Federasiyası (IBF), Ümumdünya Boks Təşkilatı (WBO) və Ümumdünya Boks Assosiasiyası (WBA) versiyaları üzrə Dünya çempionu titulları daşıyır. Ümumiyyətlə, ukraynalı idmançı 63 qələbə qazanıb (53 nokaut) və üç dəfə məğlub olub. O, növbəti döyüşü aprelin 25-də Nyu-Yorkda amerikalı Brayant Cenninqslə keçirəcəkdir.
Rusiyalı idmançının ukraynalı boksçu ilə yarışında iştirak etmiş L.Lyuis deyib: “Aleksandr Povetkinin həmişə qələbəyə sansı olacaq, çünki o, ürəklə döyüşür. Mən belə hesab etmirəm ki, o, Kliçko ilə yenə döyüşməlidir. Bəlkə də bir az gözləmək lazımdır ki, Vladimir karyerasını bitirsin, sonra dünya çempionu olar”.
2013-cü ilin payızında Moskvada Povetkin ilə Kliçko arasında döyüş xal üzrə Aleksandrın məğlubiyyəti ilə başa çatıb. Hesabında 28 qələbə (20 nokaut) və bir məğlubiyyət olan Povetkin özü karyerasının başlıca məqsədini Kliçko ilə revanş döyüşündə görür.
Mayın 22-də Moskvada o, amerikali Deontey Uaylderin sahib olduğu titulu - Ümumdünya Bokş Şurasının (WBC) Dünya çempionu titulunu qazanmaq üçün mütləq iddiaçı adı uğrunda kubalı Mayk Pereslə görüşəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47