Tələbələr üçün Böyük Britaniya imkanı
Bakı, 10 aprel, AZƏRTAC
Artıq dördüncü ildir ki, “British Council Azərbaycan” təşkilatı və “PAŞA Bank” ənənəvi “Gələcəyə təşəbbüs” yazı müsabiqəsini elan edir.
Bununla əlaqədar aprelin 10-da “British Council”ın əməkdaşı Nigar Nəsrullayeva Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq layihələr şöbəsində tələbələr üçün təqdimat edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən müsabiqənin əsas məqsədi tələbələrə ölkənin iqtisadi inkişafı və sosial-iqtisadi islahatlarını müzakirə etmək üçün imkan yaratmaq, həmçinin, gəncləri Azərbaycanın gələcək inkişafında daha fəal rol oynamağa sövq etməkdir.
Layihənin əsas fəaliyyəti Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təqdimatların keçirilməsi, inşa yazma qabilliyyəti, istinad və plaqiatçılıq mövzuları üzrə seçilmiş tələbələrə təlimlərin keçirilməsi və təlim keçmiş namizdələr tərəfindən inşaların yazılmasından ibarətdir.
İştirakçılar Azərbaycan vətəndaşı olmalı və təqdimat üçün nəzərdə tutulan ali təhsil müəssisələrinin 18-22 yaşlı tələbələri olmalıdırlar. Müsabiqənin üç qalibi cari ilin iyul-avqust aylarında Böyük Britaniyanın aparıcı universitetlərindən birində yay məktəbində iştirak edəcək.
Müsabiqənin finalçılarına “PAŞA Bank” tərəfindən müxtəlif dəyərli hədiyyələr, həmçinin, layihədə uğurlu iştiraka görə sertifikatlar təqdim olunacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47