“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi növbəti tədbirini Salyanda keçirib
Bakı, 10 aprel, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Salyan filialında keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMİ-nin Salyan filialının direktoru Şəhla Cəlilzadə gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin vacibliyindən danışıb. Qeyd edilib ki, filialın pedaqoji kollektivi tələbələrə ixtisasları ilə yanaşı, Azərbaycan xalqının tarixi, soykökü ilə bağlı ətraflı məlumat verir.
Salyan Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhərrəm Məmmədov təmsil etdiyi qurumun vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, yeniyetmə və gənclər arasında vətənpərvərlik ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb, belə layihələri bundan sonra da dəstəkləməyə hazır olduqlarını söyləyib.
TUMİB-in sədri Çingiz Bayramov layihə barədə məlumat verərək bildirib ki, məqsəd gənclər arasında azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək, ölkəmizdə vətənpərvər ruhlu gənclərin yetişməsinə təkan verməkdir. Ç.Bayramov, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin intellektual potensialını üzə çıxarmaq üçün gördüyü işlərdən danışıb. TUMİB-in sədri deyib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti artıq bəhrəsini verməyə başlayıb.
Ç.Bayramov, tədbir iştirakçılarını layihə çərçivəsində keçirilən azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı konfrans, şeir, mahnı, rəsm və gənc jurnalistlər arasında yazı müsabiqələrində yaxından iştirak etməyə çağırıb.
TUMİB-in idarə heyətinin üzvü Seymur Verdizadə gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. O, beynəlxalq ictimaiyyətin Azərbaycan torpaqlarının işğalına göz yumduğunu vurğulayıb, gəncləri diaspor təşkilatları ilə əməkdaşlığa səsləyib.
Digər çıxış edənlər də xarici ölkələrdəki diasporumuzun daha da gücləndirilməsinin vacibliyindən, son illər Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi layihələrdən söz açıblar.
Sonda tədbir iştirakçıları TUMİB-in diplomları ilə təltif ediliblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47