Sibirdə vulkanlar heyvanların kütləvi surətdə qırılmasına səbəb olur
Bakı, 10 aprel, AZƏRTAC
Geoloqlar belə qənaətə gəliblər ki, Perm dövrünün sonunda heyvanların kütləvi surətdə qırılmasının əsas səbəbi Sibirin aktiv vulkanlarının atmosferə karbon qazı atması nəticəsində dəniz suyunun turşuluğunun artmasıdır. Geoloqlar öz tədqiqatlarının nəticələrini “Science” jurnallarında dərc etdiriblər. “Nature News” saytında isə qısaca bu nəticələrlə tanış olmaq mümkündür.
Perm dövrünün sonunda 252 milyon il bundan əvvəl təxminən on min il ərzində okeanda pH-in səviyyəsi 0,7 qədər azalıb. Alimlər sübut ediblər ki, bunun səbəbi Sibirdə baş vermiş vulkanlardır. Qısa müddət ərzində bu vulkanlar Yerin atmosferinə trilyonlarla ton karbon qazı buraxıb ki, bunun da xeyli hissəsini planetin dəniz və okeanları udub və bu, onların turşulaşmasına səbəb olub. Həmin proses planetdə heyvanların kütləvi surətdə qırılmasına gətirib çıxarıb: dəniz orqanizmləri növlərinin 90 faizi və quruda yaşayan orqanizmlərin isə 70 faizi məhv olub.
Alimlər hazırda Birləşmiş Ərəb Əmirliklərinin yerləşdiyi ərazidə qədim Pangey qitəsinin sahilində əhəngdaşının tərkibindəki bor izotoplarının iki tipini araşdırıblar. Atomların bu iki tipi qələvi və turşulardakı müxtəlif birləşmələrdə vardır. Araşdırmalar göstərib ki, Perm dövrünün sonunda bu regionda suyun turşuluğu çox yüksək olub. Bundan əvvəl sudakı kalsium izotoplarının miqdarını təhlil edən başqa mütəxəssislər də oxşar nəticələr çıxarıblar.
Alimlər qeyd edirlər ki, onların işi Perm dövrünün sonunda heyvanların ikinci dəfə qırılmasının səbəblərini izah etməyə imkan verib, lakin əvvəllər baş vermiş və 50 min il davam etmiş ilk qırılma zamanı növ müxtəlifliyinin azalmasının izahını vermir. Alimlərin məlumatları təsdiq edir ki, bu dövrdə də suyun turşuluğu artıb, amma cüzi miqdarda.
Bundan başqa, geoloqlar bildiriblər ki, heyvanların kütləvi surətdə qırılması insanın Yer atmosferinə karbon qazı buraxılmasına səbəb olan geniş sənaye fəaliyyəti ilə əlaqədar onun üçün xəbərdarlıq ola bilər. Alimlər sənaye inqilabı başlanandan indiyədək okeanda pH-in orta səviyyəsinin 0,1 qədər artmasını məhz bununla əlaqələndirirlər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47