Sumqayıt Dövlət Universitetində “Humanizm naminə” devizi altında qanvermə aksiyası
Sumqayıt, 10 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində ( SDU) AİDS, sağlam həyat tərzi, humanitar dəyərlərin yayımı, ilk tibbi yardım mövzularında tələbələri maarifləndirmək məqsədilə tədbirlər mütəmadi təşkil edilir. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası çərçivəsində aprelin 10-da universitetdə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşkilatçılığı, şəhər səhiyyə şöbəsinin dəstəyi ilə “Humanizm naminə” devizi altında qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı 105 nəfər bu xeyirxah məramlı tədbirdə qan verdi. Respublika Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları əvvəlcə tələbələrin sağlamlıq durumunu müəyyənləşdiriblər. Götürülən qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə ediləcəyi bildirilib.
Aksiyanın keçirilməsinin əsas məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.
Universitetin tələbə və əməkdaşları qanvermə aksiyasına könüllü qatılıb və bu cür aksiyaların təşkilini yüksək qiymətləndiriblər.
Toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47