İsmayıllı məktəbliləri ümummilli lider Heydər Əliyevin irsini böyük maraqla öyrənirlər
İsmayıllı, 10 aprel, AZƏRTAC
İsmayıllıdakı Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tədris olunan “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslər davam edir.
AZƏRTAC xəbər verir ki, aprelin 10-da keçirilən növbəti açıq dərsdə Talistan və Təzəkənd kənd tam orta məktəblərindən 67 şagird iştirak edib. Müəllim Hacalı Səlimovun tədris etdiyi dərs canlı ünsiyyət, şagirdlərin yüksək fəallığı şəraitində keçib.
Ulu Öndərin həyatının Moskvadakı dövrü ilə bağlı məlumatları diqqətlə dinləyən şagirdlər bu dahi insanın Azərbaycanda xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldiyi dövrdəki gərgin və əvəzsiz xidmətləri barədə bilgilərə böyük maraq göstəriblər. Bu da əlbəttə, görkəmli dövlət və siyasi xadim Heydər Əlyevin ötən əsrin 90-cı illərinin əvvəllərində, demək olar ki, sahibsiz qalan, anarxiyanın hökm sürdüyü Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti ilə bağlı idi. Məhz xalqımızın bu böyük oğlunun uzaqgörənliyi və fədakarlığı sayəsində əsas problemlər dəf edilib və ölkə inkişaf yoluna çıxarılıb.
Məktəblilər 1999-cu il sentyabrın 20-də “Əsrin müqaviləsi” ilə iqtisadi dirçəlişin əsasının qoyulması, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi, sosial siyasət, təhsil siyasəti barədə məlumatları böyük maraqla dinləyiblər.
Təsadüfi deyildir ki, Ulu Öndərin, daha sonra onun siyasi varisi Prezident İlham Əliyevin uzaqgörən siyasəti və məqsədyönlü fəaliyyətləri nəticəsində bu gün Azərbaycan regionun ən qüdrətli ölkəsidir.
Dərs prosesində şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada onlara Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı fotoşəkil və sənədlər barədə geniş məlumat verilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47