Bakıda yaşayış binasında yanğın baş verib.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın Xətai rayonunda "Nargilə" kafesinin yaxınlığındakı binaların birində baş verib.

Onların sözlərinə görə, doqquzmərtəbəli binanın fasadı birdən-birə yanmağa başladığından həyəcanlanıblar.

Yanğının söndürülməsinə çoxlu sayda Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Əlavə məlumat veriləcək.
Mənbə
ANS PRESS