"Elektron Hökumət" bülleteninin təqdimatı üzrə brifinq keçirilib
Baki, 10 aprel, AZƏRTAC
"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron hökumət" bülleteninin aprel sayının təqdimatı üzrə brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, bülletenin budəfəki nömrəsində “Elektron hökumət” portalı, tətbiq olunan yeni xidmətlər, e-sənəd mübadilələri, e-imza infrastrukturu və xarici ölkələrin “Elektron hökumət” sahəsindəki təcrübələri barəsində ətraflı məlumatlar öz əksini tapıb.
Tədbirdə çıxış edən mərkəzin direktoru Nail Mərdanov "Elektron hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirlib ki, artıq "Elektron hökumət" portalına daxil olanların sayı 1,4 milyonu, elektron xidmətlərdən istifadə sayı isə 8,6 milyonu keçib. Portal üzərindən təqdim olunan e-xidmətlərin sayı 413-dür, onların çeşidlərində və e-xidmətlərdən istifadədə dinamik artım var. Portal üzərindən daha çox praktik əhəmiyyətli sosial xidmətlərin təqdiminə üstünlük verilir. E-arayışların istifadəçiləri durmadan artır, artıq banklar və kredit təşkilatları ilə yanaşı, lizing şirkətləri də e-arayışlardan istifadəyə start verib. Mart ayında lizing şirkətləri arasından “Ansar Lizing” şirkəti ilk olaraq portalla əməkdaşlığa başlayıb.
Media nümayəndələrinin və portalda aktiv fəaliyyətləri ilə seçilən bəzi dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə "Vətəndaşların onlayn qəbula yazılması" e-xidməti, yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı görülən işlər və s. barədə məlumat verilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47