Bakı. 10 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfiri Səlim Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib. 
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və BƏƏ-nin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana son səfərlərinin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.
Səfir Səlim Əl-Ğafli diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün göstərilən dəstəyə görə təşəkkür edib.
Xarici işlər naziri Elmar Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.