Bakı Şəhər İcra Hakimiyyətində Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 50-dək üzvü ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, müharibə iştirakçılarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bir-bir qarşılayıb, gül dəstələri verib, onlarla xatirə şəkili çəkdirib.
Böyük Vətən müharibəsinin veteranlarını Qələbənin 70 illiyi münasibəti ilə təbrik edən H. Abutalıbov onlara cansağlığı arzulayıb, görüşlərin davamlı olacağını vurğulayıb. Şəhər icra hakimiyyətinin başçısı bildirib ki, bu görüş Prezident İlham Əliyevin “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.
“Mən sizin qarşınızda baş əyirəm. Sizə qayğı göstərmək bizim borcumuzdur. Ona görə sizlərə minnətdarıq ki, bugünkü sakit Azərbaycanı bizə bəxş etmişiniz”, - H. Abutalıbov qeyd edib.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino xidməti idarəsinin “Çətin sınaqdan keçən şəhər” adlı sənədli filmi nümayiş olunub. Filmdə köhnə və müharibə dövründəki Bakının təsvirləri əks olunub, müharibənin ağrı-acısını günümüzədək yaşadan veteranların xatirələri, tövsiyələri, kövrək hissləri yer alıb.
Vətənin azadlığı uğrunda xidməti olanlara, veteranlara qayğı göstərməyi ümummilli lider Heydər Əliyevdən gələn ənənə olduğunu xatırladan Hacıbala Abutalıbov – Heydər Əliyev heç nədən Azərbaycan dövlətini qurmuşdu, İlham Əliyev isə inkişaf edən Azərbaycanın qurucusudur – deyib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev səmimi qəbula, onlarla görüşə görə şəhər icra hakimiyyətinin əməkdaşlarına təşəkkürünü bildirib, Hacıbala Abutalıbova “Veteran həmrəyliyi” medalını təqdim edib.
Görüşün sonunda hər bir veterana maddi yardım, suvenir, böyük ekranlı televizor bağışlanıb və onlar taksi ilə evlərinə yola salınıblar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47