ABŞ boksçuları ilə döyüşəcək azərbaycanlı idmançıların adları açıqlanıb
Sabah komandasını maraqlı görüşün gözlədiyini bildirən dağıstanlı mütəxəssis rəqibin Azərbaycana tam heyətlə gəlməməsindən təəssüflənib: "Superağır çəki dərəcəsində görüş baş tutmayacaq. Amerika komandasının bu çəkidə hər iki idmançısı zədəli olduğundan, onlar 4 boksçu ilə gəliblər. Bildiyiniz kimi, boksda azarkeşlər üçün də ən maraqlı döyüşlər ağır çəkilərdə olur. Təəssüf ki, azarkeşlər həmin görüşü izləyə bilməyəcəklər. Bununla belə, digər 4 qarşılaşmanın maraqlı olacağını düşünürəm”.
USA “Knockouts” klubunun baş meneceri Bleyk Baldi komandasının son turlarda uğursuz çıxış etməsinə aydınlıq gətirib: “Biz mövsümə çox yaxşı başlamışdıq. Bir ara qrupda 2-ci yeri tuturduq. Ancaq uşaqlar bu ağır tempə davam gətirə bilmirlər. Hər həftə görüşlər olur. Zədələnən boksçularımız oldu. Bu səbəbdən də ardıcıl son 3 görüşdə uduzduq. Ancaq sabah yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, ABŞ-da peşəkar boks daha populyardır. Buna görə də biz daha çox gənc idmançılarla işləməli oluruq. Amma deməzdim ki, peşəkar boksun kölgəsində qalmışıq”.
N.Talıbov gələn həftə Bakıda start götürəcək “Böyük İpək Yolu” turnirində "Baku Fires"dən 4 boksçunun iştirak edəcəyini söyləyib. Azərbaycan milli komandasının heyətində Cavid Dadaşov (49 kq), Yevgeni Romaşkeviç (69 kq), Nikolay Veselov (75 kq) və Zaur Abdullayev (64 kq) yer alacaq.
Baş məşqçi "pley-off" mərhələsi barədə də fikirlərini bildirib: “Demək olar ki, növbəti mərhələyə vəsiqə məsələsini həll etmişik. Qrupda 2-ci yeri tutsaq, A qrupunda 3-cü olan komanda ilə qarşılaşa bilərik. Digər qrupda Meksika və ya Ukrayna klublarından biri 3-cü yeri tutacaq. İstərdim Avropa təmsilçisi ilə qarşılaşaq. Çünki bu mövsüm ABŞ, Argentina, Venesuela kimi uzaq ölkələrə getdik. Bu, adamı çox yorur. Ustalıq səviyyəsi baxımından isə Meksika və Ukrayna komandası bərabər olar. İndi məqsəd boksçularımızın reytinqlərini yaxşılaşdırıb, Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanmalarıdır. Hazırkı durumda Məhəmməd Qurbanov (65 kq), Albert Səlimov (60 kq) və Heybətulla Hacıəliyin (64 kq) şansları böyükdür. 69 kq-da çıxış edən Pərviz Bağırova gəlincə, o gərək bundan sonra bütün döyüşlərdə qalib gəlsin”.
Qeyd edək ki, amerikalılar 18 xalla qrupda 4-cü yeri tuturlar.
“Baku Fires” – USA “Knockouts”
52 kq. Murad Rabadanov – Brent Riçard Veneqas
60 kq. Albert Səlimov – Karlos Balderas
69 kq. Pərviz Bağırov - Brayan Keballo
81 kq. Mixail Dalqalivets – Stiv Nelson
+91 kq. Haci Murtuzəliyev – Kam Avesome
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47