Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələri Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyəti ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüşdə fundamental insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti, QHT-lərin inkişafı, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, bu qurumlarla əməkdaşlıq, penitensiar sistemdəki vəziyyət, habelə ölkədə milli preventiv mexanizmin fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.
Müvəkkil Ombudsman Aparatının nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini, insan hüquqları sahəsində işgüzar əlaqələrə daim önəm verdiyini vurğulayıb. E.Süleymanova nümayəndə heyətinin rəhbəri Aleksandr Qesselin QHT-lər, onların qeydiyyatı ilə bağlı sualını cavablandıraraq, fəaliyyətə başladığı ilk vaxtlardan dövlət qurumları və beynəlxalq təşkilatlarla yanaşı, vətəndaş cəmiyyəti institutları ilə də səmərəli əməkdaşlıq əlaqələri yaradıldığını deyib. QHT-lərin problemlərinin səlahiyyətli dövlət qurumları ilə müzakirə olunduğu, qanunvericiliyə edilən əlavə və dəyişikliklərin QHT-lərin daha səmərəli fəaliyyətinin təmin edilməsinə yönəldildiyi bildirilib.
Qonağın sərbəst toplaşma azadlığının təmini vəziyyəti ilə əlaqədar sualına cavabında E. Süleymanova fəaliyyəti dövründə keçirilmiş seçkilərin ombudsman və əməkdaşları tərəfindən müşahidəçi qismində izləndiyini, hər bir rayonda təşkil olunmuş çoxsaylı açıq və qapalı yerlərə baxışlar keçirildiyini, seçki prosesinin şəffaflığının daha da artırılması məqsədilə vətəndaşların, bu işə cəlb olunan qurumların nümayəndələrinin, polis əməkdaşlarının maarifləndirilməsinə önəm verildiyini və bu sahədə müəyyən işlərin görüldüyünü vurğulayıb.
Müvəkkil Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla icra edildiyini, müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini, bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradıldığını vurğulayıb. Respublikamızın hər bir rayonunda yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və milli azlıqların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirildiyi diqqətə çatdırılıb.
Görüşdə müvəkkil bır sıra təkliflər səsləndirib, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47