Bakı. 10 aprel. REPORT.AZ/ INDEX - Azəri İnsan Kapitalı İnkişafı Mərkəzi Petkim Neft-Kimya QSC şirkəti ilə birlikdə təcrübə proqramı elan edib. INDEX-dən "Report"a verilən məlumata görə, təcrübə 1-3 ay müddətində İzmir şəhərində keçiriləcək.
Təcrübə Kimya mühəndisliyi, Maşınqayırma, Elektrik, Sənaye və Kompyuter mühəndisliyi ixtisaslarının 3-4-cü kursunda təhsil alan və təcrübəyə ehtiyacı olan tələbələrə şamil edilir. Təcrübəçilər türk və ingilis dillərini həm yazılı, həm də şifahi şəkildə bilməlidir.
Təcrübə proqramında iştirak etmək istəyənlər Cover letter, CV-ləri və tövsiyə məktublarını aprelin 15-dək "Petkim" başlığı ilə intern@indexaz.org ünvanına göndərməlidirlər.