Dünyanın ən populyar messenceri olan WhatsApp mobil telefoniyanı dəfn etməyə hazırlaşır: şirkət cari ilin martında Android istifadəçiləri üçün internet zəng funksiyasını tətbiq edib, iPhone və Windows Phone aparatlarının sahibləri növbədədir.
 
WhatsApp messencerinə tələbatın artmasını nəzərə alsaq, şirkətin planları işlək mobil operatorlara ciddi problem yaradır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, çoxistiqamətli funksiyaların (məzmun hostinqi, əvvəlcədən sifariş etmək, onlayn sifarişlər) birləşməsi hesabına kompleks platformaya çevrilməyə çalışan başqa messencerlərdən (WeChat, Kik və Facebook Messenger) fərqli olaraq, WhatsApp öz rabitə təyinatı istiqamətində çalışır.
 
Ovum tədqiqat şirkətinin telekommunikasiya analitiki Pamela Klark Dikson iddia edir ki, hazırda Almaniyada təxminən 20 milyon mobil abunəçi WhatsApp messencerinin Windows Phones və iOS platformaları üçün zəng funksiyasını sınaqdan keçiriblər. Beləliklə, başqa messencerlərlə (Line, Viber və ya Skype) ilə müqayisədə WhatsApp mobil operatorların gəlirinə daha ciddi təsir edə bilər. Analitikin fikrincə, bu, AT&T və ya Vodafone kimi telekommunikasiya şirkətləri üçün yaxşı xəbər deyil.
 
Hazırda WhatsApp messencerinin aktiv istifadəçilərinin sayı aylıq 700 milyonu ötür. Analitiklərin proqnozuna əsasən, indiki templə ilin sonunadək bu göstərici 1 milyardı ötəcək.
 
Milli.Az