ANS PRESS-in məlumatına görə, polis Diyarbəkirda bir nəqliyyat vasitəsinə baxış keçirərkən üzərində "Kurtlar Vadisi Pusu"nun qəhrəmanının şəkilləri olan siqaretlər aşkarlanıb.
Necati Şaşmazın şəkilləri olan siqaretlərin adı da diqqət çəkib. Qaçaqmal siqaretlərin üzərinə Murad Alemdar adı həkk olunub. Aşkarlanan siqaretin ümumi bazar dəyəri 80 min lirədir. İraqda istehsal olunduğu məlum olan siqaretlərə polis tərəfindən müsadirə edilib.
Qeyd edək ki, İraqda Murad Alemdar olaraq tanınan Polad Alemdar obrazı bu regionda böyük rəğbət qazanıb. Məhz bu səbəbdən siqaretlərin üzərinə onun şəkilləri vurulur və bununla insanlar arasında tütün məmulatlarına təşviq edilir.
MənbəANS PRESS