Bakı, 10 aprel, AZƏRTAC
AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) Yeni Azərbaycan Partiyasının (YAP) ərazi təşkilatı yaradılıb.
Elmi Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü bu münasibətlə keçirilən tədbiri açaraq, Mərkəzdə YAP üzvlərinin sayının Ərazi Partiya Təşkilatının yaradılması üçün əsas verdiyini diqqətə çatdırıb.
YAP Şəki təşkilatının baş təlimatçısı Kamil Məmmədov isə çıxışında bütün maneələrə baxmayaraq ulu öndər Heydər Əliyevin partiyanı yaratmasından, ən müxtəlif çətinliklərə sinə gərməsindən bəhs edib.
Baş təlimatçı qeyd edib ki, bu gün ŞREM-də yaradılan ərazi təşkilatı YAP Şəki təşkilatının yaratdığı 106-cı təşkilatdır.
Sonra səsvermə yolu ilə sədr və sədr müavini, idarə heyətinin üzvləri seçilib, ərazi təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi təşkil olunub.