[ 10 Aprel 2015 14:18 ]
Bakı - APA. ABŞ dövlət katibi Con Kerri Kuba xarici işlər naziri Bruno Rodriqeslə görüşüb.
APA-nın məlumatına görə, tarixi görüş Panamada bölgə ölkələrinin sammiti çərçivəsində baş tutub.
Görüş qapalı olduğuna görə danışıqların təfərrüatları məlum deyil. Bu, ABŞ və Kuba rəsmi şəxsləri arasında son 50 ildə keçirilən ən yüksək səviyyəli görüşdür.
Qeyd edək ki, Panamada ABŞ prezidenti Barak Obamanın Kuba lideri Raul Kastro ilə görüşəcəyi gözlənilir.