Bakıda cinsi azlıq nümayəndəsinə qarşı quldurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə müraciət edən 1989-cu il təvəllüdlü Elton Atayev (bütün ad və soyadlar şərtidir) bildirib ki, bir neçə gün əvvəl “odnaklasnik” sosial şəbəkəsində “Ayka” nikli şəxslə tanış olublar. Həmin şəxs E.Atayevlə 30 manat qarşılığında cinsi əlaqədə olmağa razı olub. Aprelin 9-da saat 21 radələrində onlar Şərifli küçəsində kirayə tutulmuş mənzildə görüşüblər. Görüş zamanı E.Atayev 30 manatı verməkdən imtina edib. Bu zaman “Ayka” bıçağı onun boğazına dirəyərək telefonunu əlindən alıb.

 

Araşdırmalar nəticəsində quldurluq əməlini törədən şəxsin 1994-cü il təvəllüdlü Sadıqov Qürbət olması müəyyən edilib və o tutulub.