Amerika Birləşmiş Ştatları və Kubanın Xarici İşlər Nazirliklərinin rəhbərləri arasında son 50 ildə ilk görüş baş tutub. "BBC"nin məlumatına görə, Panamada ABŞ-ın dövlət katibi Con Kerri ilə Kubanın xarici işlər naziri Bruno Rodriqes arasında tarixi görüşü başa çatıb.

ABŞ Dövlət Departamenitinin "Twitter" hesabında hər iki diplomatın bir-birinin əlini sıxmasını əks etdirən şəkil yerləşdirilib.

Bu görüş 1950-ci ildən etibarən ən yüksək səviyyədə baş tutan görüş kimi tarixə düşüb.

Görüşün detalları barədə əlavə məlumat verilmir. Yalnız vurğulanıb ki, Panamada keçiriləcək Amrerika liderlərinin sammitdə ABŞ prezidenti Barak Obama ilə Kuba prezidenti Raul Kastro görüşə bilər.
Mənbə
BBC